Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 08.04.2019 / 11:24

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə SOCAR AQS MMC və Caspian Drilling Company şirkətlərinin əməkdaşları ilə dini radikalizmə qarşı maarifləndirmə xarakterli görüş keçirilib.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov geniş məruzə ilə çıxış edərək dini radikalizm və ekstremizmin yaranma səbəbləri, törətdiyi fəsadlar və ona qarşı mübarizə üsulları haqqında danışıb. Bildirib ki, Azərbaycanda mövcud olan sabitliyi, inkişafı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasını istəməyən bəzi qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün din pərdəsi altında ölkəmizdəki dini sabitliyə, təhlükəsizliyə təsir göstərməyə çalışırlar.

Dini radikalizmin yaranma səbəblərinə qarşı mübarizənin önəminə toxunan S.Heydərov qeyd edib ki, bu gün İslam dünyasında vəhdətə, həmrəyliyə çox böyük ehtiyac var. Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasını ölkəmizin İslam dünyasına verdiyi töhfə kimi qiymətləndirən sədr müavini bu hadisənin böyük ictimai-siyasi və beynəlxalq əhəmiyyəti olduğunu, bununla müsəlman dünyasına həmrəylik mesajı verildiyini vurğulayıb.

Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da danışan Səyavuş Heydərov qeyd edib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunub. Filmdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.


Son baxılan xəbərlər

Lənkəranda dini radikalizmə qarşı mübarizə məsələsi müzakirə olunub

Press-relizlər
27.09.2017 / 15:09
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm
26.08.2020 / 13:39
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Fələstin səfiri ilə görüş keçirilib

Press-relizlər
06.09.2018 / 09:48
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu