“Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.04.2019 / 11:43

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin və Xızı rayon Sitalçay kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov,  Xızı rayon Sitalçay kənd məscidi dini icmasının sədri Pərvaz Məlikov, dindarlar və kənd sakinləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Pərvaz Məlikov bildirib ki, Aprel zəfəri bir daha sübut etdi ki, xalqımız canı bahasına olsa da Vətən torpaqlarının bir qarışını belə heç kəsə güzəştə getməyəcək. Bizə qələbə sevinci bəxş edən  Aprel şəhidlərimizin xatirəsini xalqımız daim uca  tutacaqdır.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. O bildirib ki, Aprel döyüşlərində şəhidlərimizin göstərdiyi şücaət  gənc nəslimiz üçün nümunə olmalıdır.

Daha sonra Aprel şəhidi Ravil Novruzovun məzarı ziyarət olunub və şəhidlərin ruhuna dualar edilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Xəbərlər
13.03.2020 / 14:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda terror törətmək istəyənlərə qarşı qətiyyətli olmalı və onları ...

Açıqlama
26.10.2017 / 15:58
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
09.09.2019 / 16:04
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.01.2018 / 16:07
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Qubada “Vətən sevgisi imandandır” mövzusunda tədbir baş tutub

Press-relizlər
28.06.2018 / 17:39
Ətraflı oxu