Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 03.04.2019 / 14:18

Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta məktəbdə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Fariz Mədətov, Yevlax şəhəri Nizamı adına 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Ağayeva, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülviyyə Ağayeva xüsusilə gənclərin radikal meyillərdən qorunması, yad təsirlərin onların həyatına sirayət etməməsi üçün milli-mənəvi dəyərlərimizin düzgün təbliğinin əhəmiyyətindən söz açıb. Bununla yanaşı, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini qeyd edən Ülviyyə Ağayeva mövzu ətrafında geniş çıxış edib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev radikal şəxslərin xüsusilə təhsili olmayan və özünü cəmiyyətdə təsdiq edə bilməyən insanlar olduğunu vurğulayaraq, gənclərin təhsil almasının vacibliyini qeyd edib. Radikalizmə qarşı mübarizədə valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Natiq Əfəndiyev gənclərin milli-mənəvi dəyərlər və adət-ənənələri özündə ehtiva edən prinsiplər əsasında tərbiyə olunmasının vacibliyini bildirib.           

Tədbirdə çıxış edən Yevlax rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Fariz Mədətov Azərbaycanın demokratik, hüquqi və dünyəvi respublika olduğunu qeyd edərək, hüquq mühafizə orqanları tərəfindən dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli və məktəbin tarix müəllimi Ceyran Məmmədova Azərbaycanda tarixən müxtəlif dinlərin nümayəndələrinin qardaşlıq və dözümlülük prinsipləri əsasında ibadətlərini yerinə yetirdiklərini qeyd ediblər.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələri genişləndirir

Press-relizlər
20.11.2018 / 09:40
Ətraflı oxu

Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.11.2018 / 17:36
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
12.06.2019 / 09:53
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər
04.11.2014 / 15:20
Ətraflı oxu

Ağcabədidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
24.05.2018 / 17:24
Ətraflı oxu