Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər / 02.04.2019 / 17:41

Aprelin  2-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Mosul kənd tam orta məktəbində “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala rayonu Mosul kənd tam orta məktəbinin direktoru Musa Məmmədov, orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Məktəbin direktoru Musa  Məmmədov keçirilən tədbirin əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasındakı  rolunu vurğulayıb. 

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasının vacibliyini bildirib, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu dəyərlərin qorunub saxlanılması üçün apardıqları dövlət siyasətindən bəhs edib, gənclərin qarşısında duran vəzifələrdən danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev  Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev  tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün uğurla inkişaf etdiyini bildirib. İ.Vəliyev, həmçinin Azərbaycan multikulturalizmindən və tolerantlığından danışıb, ölkəmizin dünyada sülh platformasına çevrilərək mədəniyyətlərarası və dinlərarası dialoq, əməkdaşlıq məkanı olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarına dini ədəbiyyatlar paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

 


Son baxılan xəbərlər

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər
11.04.2019 / 17:15
Ətraflı oxu

Şeyxülislam Allahşükür Paşazadə: Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır

Açıqlama
12.06.2019 / 12:37
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Ahıl qadınlar üçün maarifləndirici seminar keçirilib

Press-relizlər
28.10.2016 / 17:46
Ətraflı oxu