Ucarda gənclərlə maarifləndirici görüş təşkil olunub

Xəbərlər / 28.03.2019 / 16:39

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin və Ucar şəhər 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə gənclərlə maarifləndirmə xarakterli görüş keçirilib. 

Ucar şəhər 5 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, tam orta məktəbin direktoru Hakim Nəcəfov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı İslam dininin humanist mahiyyəti, sülh, əmin-amanlıq, saf əxlaqa, mərhəmət və şəfqətə, dözümlülüyə çağırış dini olması barədə geniş məlumatlar verilib.

Eyni zamanda, dini fanatizmin, radikal dini meyillərin və məzhəb ayrı-seçkiliyinin zərərli nəticələrindən bəhs olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
29.11.2018 / 16:20
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər
22.10.2018 / 15:07
Ətraflı oxu

DQİDK-nın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi reydlər davam edir

Press-relizlər
10.12.2016 / 13:14
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz ...

Press-relizlər
03.10.2018 / 16:47
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib

Xəbərlər
04.02.2019 / 15:35
Ətraflı oxu