Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 14.03.2019 / 16:39

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Xanbulan qəsəbə tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov,  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, məktəbin direktoru Mərziyə Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mərziyə Əliyeva mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirərək keçirilən maarifləndirici tədbirlərin gənclərin mənəvi-əxlaqi tərbiyəsinin formalaşmasındakı rolundan danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri haqqında məlumat verib. Q.Məmmədov dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, bu gün Azərbaycan müasir, inkişaf edən dövlət olmaqla yanaşı, həm də öz köklərinə sıx bağlı olan ölkədir. Natiq ölkəmizdə mövcud olan yüksək tolerantlıq ənənələrinin məhz bizim  mənəvi dəyərlərimizdən qaynaqlandığını  qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsi koronavirus təhlükəsi ilə bağlı İranda dini yerlərə ziyarət təşkil edənlərə tövsiyələr verib

Açıqlama
21.02.2020 / 17:57
Ətraflı oxu

Məhərrəmlik mərasimlərinin təşkili ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.08.2019 / 15:57
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
22.02.2020 / 09:21
Ətraflı oxu

Ağstafa rayonunda “Tolerantlıq-radikalizmə alternativ kimi” mövzusunda layihə tədbirləri davam edir

Press-relizlər
11.11.2016 / 16:51
Ətraflı oxu

Goranboy rayonunda “Dünyəvi dövlətdə təhsil və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2019 / 10:21
Ətraflı oxu