“Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 14.03.2019 / 16:29

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Yuxarı Nüvədi kənd tam orta məktəbində “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov,  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru İlhamə Orucova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlhamə Orucova çıxışında keçirilən maarifləndirici tədbirlərin gənclərimizin milli-mənəvi tərbiyəsinin formalaşmasında rolundan danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu və ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işləri qeyd edib. Natiq bu baxımdan gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq hüquqlarının İnsan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq onların vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə çıxışında şagirdlər arasında mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qubada "Vətəni sevmək imandandır" mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 15:19
Ətraflı oxu

Saatlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.02.2018 / 15:12
Ətraflı oxu

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
19.04.2018 / 16:51
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu

Qaradağda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.11.2017 / 17:43
Ətraflı oxu