“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər / 14.03.2019 / 16:23

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Tükəvilə kənd tam orta məktəbində “Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Günay İsmayılova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə məktəbin direktoru Günay İsmayılova, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndiriblər. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb.

Sonda şagirdlərin ifasında Nəsimi yaradıcılığına aid şeirlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Daxili Qoşunların zabit heyəti ilə görüş keçirilib

Press-relizlər
16.02.2018 / 11:54
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
22.02.2018 / 15:58
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
12.01.2018 / 16:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər
06.04.2016 / 16:24
Ətraflı oxu