Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 13.03.2019 / 16:33

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şirinsu kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Zeynəb Əhmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zeynəb Əhmədova keçirilən maarifləndirici tədbirin vacibliyi ilə bağlı fikirlərini bildirib.  

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında zərərli vərdişlərə və erkən nikahlara qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.            

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaq hüquqları, eləcə də onların təhsil almaq hüququ haqqında danışaraq, gənclərin narkomaniya, digər zərərli vərdişlərdən qorunmasının zəruriliyini vurğulayıb.   

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında  radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verərək dövlətin  yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən və erkən nikahlardan qorunması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan ...

Xəbərlər
09.10.2018 / 14:27
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin APA-ya müsahibəsi

Xəbərlər
29.11.2014 / 10:05
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini: “Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər”

Press-relizlər
23.08.2019 / 15:36
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Müsahibələr
09.08.2019 / 13:20
Ətraflı oxu

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu

Prezident İlham Əliyevə prezidentliyə namizədlik vəsiqəsi təqdim edilib

Xəbərlər
05.03.2018 / 16:43
Ətraflı oxu