Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 13.03.2019 / 10:04

12-13 mart tarixlərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən Beyləqan rayonunda yerləşən hərbi hissələrdə “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizədə güclü vasitədir” mövzusunda  maarifləndirmə  tədbirləri keçirilib.

Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm  Ədalət oğlu, Elvin İbrahimov, hərbi hissə komandirlərinin şəxsi heyət üzrə müavinləri kapitan Elman Ağayev, mayor Valeh  Mustafayev, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi  İbadov,  hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Hərbi hissə komandirlərinin şəxsi heyət üzrə müavinləri Elman Ağayev və Valeh Mustafayev Müdafiə Nazirliyinin rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verdiyini və bu istiqamətdə məqsədyönlü iş aparıldığını bildiriblər. Qeyd ediblər ki, ölkəmizdə ictimai-siyasi sabitlik və dünyaya örnək ola biləcək tolerantlıq mühiti mövcuddur və tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.  

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu çıxış edərək, radikal dini cərəyanların yaranmasından, dini mövhumat və xurafatdan, radikal cərəyanların təbliğat metodlarından danışıb. O, dini radikalizmi yaymağa çalışanlara qarşı əks-təbliğatın və tədbirlərin aparılması üsullarını geniş izah edib, dini radikalizmin törətdiyi fəsadlardan, dinin siyasiləşdirilməsinə yönəlmiş cəhdlərdən bəhs edib.

Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib və iştirakçılara Dövlət Komitəsi tərəfindən nəşr edilən dini ədəbiyyatlar paylanılıb.

 


Son baxılan xəbərlər

Bölgələrdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Press-relizlər
21.01.2020 / 14:45
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama
24.01.2018 / 13:07
Ətraflı oxu

Şamaxıda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb

Press-relizlər
24.04.2018 / 14:26
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 15:27
Ətraflı oxu