Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib

Press-relizlər / 12.03.2019 / 14:22

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

 Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 12-də Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatla təmin edilməsi və sair məsələlərlə bağlı olub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.


Son baxılan xəbərlər

Balakəndə "Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 17:33
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün ...

Müsahibələr
25.12.2017 / 17:58
Ətraflı oxu