Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 06.03.2019 / 17:16

Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2019-cu il üçün birgə fəaliyyət planına əsasən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə "N" saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Nuru İmanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, zabit və əsgərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən görüşlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, dini radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərindən söz açıb.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov çıxış edərək bildirib ki, istənilən şəraitdə Azərbaycan xalqının və dövlətinin təəssübünü çəkməyi bacaran hər bir  kəs əsl vətəndaşdır. Dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin gücləndirilməsi ən effektiv vasitələrdən biridir.

Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov öz çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin daha da yüksək inkişafı üçün şəxsi heyətə vətənpərvərlik hissinin aşılanmasının zəruri olduğunu diqqətə çatdırıb.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər
13.10.2018 / 11:22
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti: Bundestaqın qətnaməsi qərəzlidir

Bəyanat
14.06.2015 / 16:00
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

Multikulturalizm
17.11.2016 / 10:44
Ətraflı oxu