Göyçayda "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər / 06.03.2019 / 11:57

Martın 5-də Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Göyçay rayon Heydər Əliyev Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib. 

Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və rayonun fəal qadınları iştirak ediblər.

Tədbirdə Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Zenfira Əliyevanın,  DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirovun, Nəriman Məlikovun, əməkdar müəllim Pərviz Yəhyalının, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyevanın və Rəsul Rza Muzeyinin direktoru Solmaz Həsənovanın çıxışları dinlənilib.

Çıxışlar zamanı Azərbaycan qadınının tarixi rolundan, onun müasir dövrdə cəmiyyətin inkişafına verdiyi xidmətlərdən danışılıb. Azərbaycan qadınlarının dünyanın ən qayğıkeş, ismətli qadınları olduğu, qadınlara dövlət tərəfindən hər zaman qayğı göstərildiyi qeyd olunub. Vurğulanıb ki, zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində və digər mühüm sahələrdə də öz sözünü deməkdədir.  Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam dövlət tərəfindən həyata keçirilən gender siyasətidir.

 


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:12
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.03.2019 / 17:16
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Gənclər arasında milli-dini dözümlülüyün təbliğinə dair proqramın icrasına start verilib

Press-relizlər
19.01.2018 / 17:00
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu

Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib

Press-relizlər
06.12.2019 / 14:59
Ətraflı oxu