Saatlıda “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.03.2019 / 17:31

Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin  təşkilatçlığı ilə Saatlı rayon Mərkəzi Kitabxanasında  “Dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları  Elvin İbrahimov, Bəhrəm  Ədalət oğlu, Saatlı Rayon  İcra Hakimiyyəti başçısı Aparatının  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman  Ağayev, Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyininin baş məsləhətçisi  Şərqiyyə  Şahpələngova,   Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru  Sakit   Bağırov, eləcə də gənclər və ictimaiyyət nümayəndələri  iştirak  ediblər.

Tədbiri giriş sözü ilə Saatlı rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Mehdi  Mehdizadə  açaraq ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması  sahəsində mühüm tədbirlər həyata keçirildiyini  tədbir iştirakçılarının  diqqətinə çatdırıb. 

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verib.

Saatlı  rayon  Polis  Şöbəsinin  sahə  rəisi, polis mayoru   Qorxmaz  Mirzəyev  çıxış edərək,  narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib.

Saatlı  Rayon  İcra Hakimiyyəti başçısı Aparatının  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəriman  Ağayev erkən nikahın bu gün aktual məsələ olduğunu vurğulayıb.  

Sabirabad regional Mədəniyyət və turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyininin baş məsləhətçisi Şərqiyyə  Şahpələngova və  Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru  Sakit   Bağırov öz çıxışlarında   bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və  zərərli vərdişlərdən  qorunmasında mühüm əhəmiyyəti olduğunu qeyd ediblər.  

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin  məsləhətçisi  Bəhrəm Ədalət  oğlu “Şəhadət” sənədli filmi haqqında geniş məlumat verib.  O, qeyd  edib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarımızla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.


Son baxılan xəbərlər

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu

Şəkidə dini radikalizm və onun fəsadları müzakirə olunub

Press-relizlər
16.11.2017 / 16:15
Ətraflı oxu

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Fərman imzalayıb

Xəbərlər
11.10.2017 / 09:07
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2017 / 15:09
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Xəbərlər
07.11.2019 / 17:15
Ətraflı oxu