Gədəbəydə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 27.07.2018 / 14:50

İyulun 27-də Gədəbəydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmin mahiyyəti və terror” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Rayon Polis Şöbəsinin (RPŞ) ictimai təhlükəsizlik üzrə baş inspektoru, polis mayoru Şahin Əliyev, Gədəbəy rayon prokurorunun köməkçisi Tural Maksudov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gədəbəy RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov rayonda din sahəsində görülən işlərdən danışıb. O, həmçinin dövlət-din münasibətləri və dövlətin dinə və dindarlara göstərdiyi qayğıdan söz açıb.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev dini radikalizm və onun mahiyyəti, dini radikal qrupların təbliğat metodları haqqında məlumat verib. Bildirib ki, İslam dini terroru, zorakılığı və günahsız insanların qətlini pisləyir. Qeyd edib ki, din pərdəsi altında terror törədənlər dindən xəbəri olmayan insanlardır.

Mövzu ilə bağlı Gədəbəy RPŞ-nin ictimai təhlükəsizlik üzrə baş inspektoru, polis mayoru Şahin Əliyevin və Gədəbəy rayon prokurorunun köməkçisi Tural Maksudovun da çıxışları dinlənilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakıda “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda müşavirə keçirilib

Press-relizlər
29.06.2018 / 16:12
Ətraflı oxu

Din faktorunun informasiya təhlükəsizliyi sisteminə təsiri

Press-relizlər
17.01.2018 / 17:57
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda dini etiqad azadlığının təmin olunması din-dövlət-cəmiyyət münasibətlərinin əsasında dayanan mühüm faktordur

Müsahibələr
03.07.2020 / 15:34
Ətraflı oxu

20 Yanvar şəhidləri Lənkəranda anılıb

Press-relizlər
17.01.2020 / 11:11
Ətraflı oxu

İslam dünyası müasir beynəlxalq münasibətlərdə

Multikulturalizm
14.10.2016 / 09:46
Ətraflı oxu

Aİİ beynəlxalq əlaqələrini genişləndirir

Press-relizlər
26.10.2018 / 12:08
Ətraflı oxu