Masallıda “Gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər / 28.02.2019 / 16:44

Fevralın 28-də Ə.Əsgərov adına Masallı rayon Köhnə Alvadı kənd tam orta mətəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon Polis şöbəsinin birgə  təşkilatçılığı ilə  “Gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin rolu” mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı Rayon Polis şöbəsinin rəis müavini Yelmar Paşayev, Ə.Əsgərov adına Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru Günel Balakişiyeva, eləcə də valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günel Balakişiyeva tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, dini radikalizm və digər zərərli vərdişlərlə mübarizə ailənin, məktəbin, həm də bütün cəmiyyətin işidir.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında  radikalizmin İslam aləmində yaratdığı fəsadlardan danışıb. Qeyd edib ki, dini radikalizmə qarşı mübarizə ardıcıl və davamlı xarakter daşımalıdır.

Daha sonra çıxış edən Masallı Rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanov dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını öz təsiri altına alması və onların təbliğat metodları haqqında danışıb. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndiriliməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib..

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədr müavini Sumqayıtda vətəndaşları qəbul edib

Xəbərlər
16.01.2020 / 15:25
Ətraflı oxu

Masallıda "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.02.2020 / 15:33
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
01.02.2019 / 15:48
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

Press-relizlər
30.05.2018 / 10:53
Ətraflı oxu

Mübariz Qurbanlı: "Əgər bu sahədə xaos olsa..."

Müsahibələr
17.07.2015 / 10:14
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.12.2019 / 15:57
Ətraflı oxu