Bölgələrdə Xocalı soyqırımının qurbanları anılır

Press-relizlər / 22.02.2019 / 17:03

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu İdrak Hüseynov adına Osakücə kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.     

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arzu Mirzəyeva çıxışında 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, bu soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli Xocalı faciəsinin tarixdə tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu qeyd edib. E.Həmidli, eyni zamanda, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri, həmçinin Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında məlumat verib. Vurğulayıb ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır.

Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov çıxışında şəhidlik anlayışı və onun mahiyyəti haqqında fikirlərini bildirərək şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

Tədbirdə məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.03.2019 / 16:33
Ətraflı oxu

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

Press-relizlər
16.04.2018 / 15:57
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.10.2018 / 15:59
Ətraflı oxu

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.09.2019 / 17:07
Ətraflı oxu

Qaxda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.07.2019 / 16:15
Ətraflı oxu