Balakəndə "Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 21.02.2019 / 17:33

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Katex kənd 2 saylı tam orta məktəbində “Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu Katex kənd 2 saylı  tam orta məktəbin direktoru Sona Əsgərova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sona Əsgərova keçirilən tədbirin əhəmiyyətindən danışıb, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə edilməsində vacibliyini vurğulayıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev “Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib.

Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər
14.03.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu

Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam aləmi üçün deyil, bütövlükdə bəşəriyyət üçün ...

Müsahibələr
25.12.2017 / 17:58
Ətraflı oxu

Cəlilabadda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
15.05.2018 / 17:23
Ətraflı oxu