“Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 20.02.2019 / 17:32

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Viravul kənd 1 saylı tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli,  Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Azər Rəcəbli, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Azər Rəcəbli çıxışında keçirilən maarifləndirici tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə şagirdlərin zərərli vərdişlərdən və mənfi meyillərdən qorunmasının zəruriliyini qeyd edib.

Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov narkomaniya və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirləri haqqında məlumat verib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov zərərli vərdişlər və onların fəsadları haqqında məlumat verərək, gənclərin bu baxımdan maarifləndirilməsinin vacibliyini bildirib.

Dövlət komitəsinin əməkdaşı Emin Həmidli dini radikalizm, onun mahiyyəti və radikalizmə qarşı aparılan mübarizə metodları, habelə, erkən nikah və onun fəsadları barədə danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 


Son baxılan xəbərlər

Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2017 / 10:29
Ətraflı oxu

4 və 10 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
14.09.2017 / 16:23
Ətraflı oxu

Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
30.10.2018 / 15:54
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
26.09.2017 / 09:53
Ətraflı oxu