Beyləqanda tədbir keçirilib

Press-relizlər / 20.02.2019 / 16:04

Fevralın 20-də DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Beyləqan rayonunda "N" saylı hərbi hissədə “Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası əsasında milli-mənəvi dəyərlərin inkişafı və qorunub saxlanması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Elvin İbrahimov, Beyləqan rayon “N” saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Valeh  Mustafayev, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

Valeh  Mustafayev  çıxışında qeyd etdib ki, milli həmrəyliyi, bütövlüyü, birliyi təmin edən, vətənpərvərlik hisslərini daha da gücləndirən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası bu gün Silahlı Qüvvələrdə də prioritetdir və bu istiqamətdə ardıcıl məqsədyönlü iş aparılır.

Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası bu gün də xalqımızı və dövlətimizi daha xoşbəxt gələcəyə aparmasından, milli-mənəvi dəyərlərimizin qorunmasından bəhs edib. Natiq tolerantlığın Azərbaycan xalqının həyat tərzinə çevrildiyini, milli-mənəvi dəyərlərə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan dini dəyərlərə münasibətdə respublikamızın dünya ölkələri üçün örnək olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

“Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər
29.08.2018 / 11:29
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu

“Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
11.01.2018 / 15:45
Ətraflı oxu

Göyçayda "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.03.2019 / 11:57
Ətraflı oxu

Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
26.09.2017 / 09:53
Ətraflı oxu