Zaqatalada “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” adlı tədbir keçirilib

Press-relizlər / 20.02.2019 / 10:24

Fevralın  19-da Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin, Zaqatala Rayon Təhsil Şöbəsinin və Zaqatala rayon Gənclər və İdman Idarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Əliabad qəsəbə 3 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” adlı tədbir keçirilib.

Tədbirdə  Rayon İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov, Zaqatala rayon Gənclər və İdman İdarəsinin rəis müavini Səfər Şabanov, Zaqatala RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Şabanov və Zaqatala rayonu Əliabad qəsəbə 3 saylı tam orta məktəbin direktoru Natavan Məmmədova, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natavan Məmmədova keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri  gənclərin şəxsiyyət olaraq formalaşmasında müstəsna rol oynayır.                                                       

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov milli-mənəvi dəyərlərə bağlılığın önəmindən bəhs edib, milli-mənəvi dəyərlərdən, adət və ənənələrdən uzaq düşmüş insanların, dövlətlərin acınacaqlı vəziyyətindən danışıb, gənclərin xalqımızın  milli-mənəvi dəyərlərinə sadiq olmasının vacibliyini qeyd edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və yaşadılması sahəsində aparılan işlərdən danışıb. Azərbaycanda tarixən formalaşmış və həyat tərzinə çevrilmiş multikulturalizmdən, dini tolerantlıqdan bəhs edib.

Daha sonra çıxış edən RİH başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Şabanov gəncliyin qarşısında duran əsas vəzifələrdən bəhs edib, mənəvi dəyərlərin hər bir şəxs üçün müqəddəs və  önəmli olduğunu bildirib. 

Rayon Təhsil Şöbəsinin nümayəndəsi İlkin Məmmədov çıxışında milli-mənəvi dəyərlərə sadiq gənclərin təhsilli və savadlı olmasının dini radikalizmə, xurafat və mövhumata qarşı tutarlı amil olduğunu qeyd edib.                                                                 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

Ağsuda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Xəbərlər
10.10.2019 / 17:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədrinin Səudiyyə Ərəbistanına səfəri başlayıb

Xəbərlər
05.02.2013 / 11:22
Ətraflı oxu

Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.05.2018 / 16:46
Ətraflı oxu

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də dini radikalizm mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 15:03
Ətraflı oxu

Bakıda "Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə" mövzusunda konfrans keçirilib

Xəbərlər
18.07.2019 / 16:50
Ətraflı oxu