Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.02.2019 / 15:38

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Hirkan qəsəbə tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Adil Kərimov, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adil Kərimov keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşı Orxan Şahmarov narkomaniya, erkən nikah, digər zərərli vərdişlər və onların fəsadları haqqında məruzə ilə çıxış edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Şöbənin digər əməkdaşı Emin Həmidli isə radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verib. O, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
04.09.2018 / 15:09
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Xəbərlər
05.02.2019 / 12:43
Ətraflı oxu

Mingəçevirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 15:47
Ətraflı oxu

Şəkidə “Dini radikalizm vətənpərvərlik ideyalarına ziddir” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.12.2017 / 17:03
Ətraflı oxu

Siyəzəndə keçirilən ikigünlük seminar-müşavirə başa çatıb

Press-relizlər
31.08.2018 / 10:21
Ətraflı oxu