Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər / 13.02.2019 / 17:24

Fevralın 13 də Nizami Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami rayon Polis İdarəsinin (RPİ) birgə təşkilatçılığı ilə “Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fuad Şirinov və Aslan Sultanov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru Pərvanə Əzizova, Nizami RPİ-nin Veteranlar Şurasının üzvləri Adil Abbasov və Firdovsi Bayramov  məktəblilər iştirak ediblər.

Öncə DQİDK-nın sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Nizami RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru Pərvanə Əzizova dini radikalizm, ekstremizm və onun yaratdığı fəsadların qarşısını almaq üçün keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Nizami RİH başçısı Aparatının məsul əməkdaşı B.Hüseynov rayon ərazisində dini etiqad azadlığının təminatı sahəsində görülən işlərdən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov idini radikalizm və ekstremizmin mahiyyəti, onun milli-mənəvi dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.

 


Son baxılan xəbərlər

Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.10.2019 / 15:56
Ətraflı oxu

Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2018 / 15:21
Ətraflı oxu

Şəkidə “Dini radikalizm vətənpərvərlik ideyalarına ziddir” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.12.2017 / 17:03
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

Şəki şəhərində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.05.2016 / 10:51
Ətraflı oxu