Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 11.02.2019 / 17:46

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 11-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox və Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü,  Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter ilə görüşüb.

Görüşdə Dövlət Komitəsi sədrinin müavini qonaqlara ölkəmizdəki dinlərarası harmoniya və dövlətin bu istiqamətdə həyata keçirdiyi nümunəvi siyasət barədə məlumat verib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri sivilizasiyalar arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdıran Səyavuş Heydərov ölkəmizdə 32-si qeyri-islam olmaqla 909 dini icmanın dövlət qeydiyyatına alındığını, bütün dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox uğurlu multikulturalizm və tolerantlıq modeli, dinlərarası münasibətlər sərgiləyən Azərbaycanın bu sahədəki nailiyyətlərinin bütün dünyada maraq doğurduğunu deyib. O, eyni zamanda ölkəmizdəki lüteran icmasının fəaliyyətinə göstərilən dəstəyə görə məmnunluğunu ifadə edib. 

Həmçinin görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Xəbərlər
10.07.2019 / 16:56
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
07.05.2018 / 17:03
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

UNESCO-da “Müasir cəmiyyətlərdə multikulturalizmin rolu: uğurlu Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

Multikulturalizm
14.12.2016 / 10:05
Ətraflı oxu

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

Xəbərlər
19.01.2019 / 12:14
Ətraflı oxu

Azərbaycandakı dini icma rəhbərlərinin dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara MÜRACİƏTİ

Press-relizlər
30.03.2019 / 13:17
Ətraflı oxu