Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 02.02.2019 / 11:35

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində yanvarın 31-də seminar-treninqlər keçirilib.

1, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Əli Həziyev və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov iştirak ediblər.

Dövlət Komitəsinin əməkdaşı Əli Həziyev radikalizmlə mübarizənin müasir dövrdə dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdən olduğunu bildirib, problemin həllinin yalnız inzibati metodlarla deyil, onun ilkin çözümünün ideoloji müstəvidə aktiv iş aparılmasından və bu sahədə ictimai qınağın effektiv təsirlərindən yararlanmağın əhəmiyyətindən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov çıxışında İslam dininin yüksək mənəvi, ümumbəşəri dəyərlərindən bəhs edib, radikallığın bu dinlə bağlaşmadığını vurğulayaraq, müxtəlif dairələrin radikal fikirləri müsəlmanlar arasında yaymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatını keçirib

Press-relizlər
21.12.2015 / 13:50
Ətraflı oxu

Dövlət Komitəsi koronavirus təhlükəsi ilə bağlı İranda dini yerlərə ziyarət təşkil edənlərə tövsiyələr verib

Açıqlama
21.02.2020 / 17:57
Ətraflı oxu

Beyləqanda "Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək" mövzusunda tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 15:48
Ətraflı oxu

Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2019 / 16:06
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir

Press-relizlər
13.05.2019 / 10:12
Ətraflı oxu