Zaqatalada “Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” adlı tədbir keçirilib

Press-relizlər / 05.02.2019 / 17:50

Fevralın 5-də Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Maqov kənd tam orta məktəbində “Qeyri-ənənəvi cərəyanlar və zərərli vərdişlərin cəmiyyətimizə mənfi təsirləri” adlı tədbir keçirilib.

Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala rayon Təhsil şöbəsinin nümayəndəsi İlkin Məmmədov, Zaqatala RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qurbanov, Zaqatala rayonu Maqov kənd tam orta məktəbin direktoru Raziyyat Şabanova, eləcə də məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Raziyyat Şabanova  keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, Azərbaycan gənclərinin şəxsiyyət kimi formalaşmasında xalqımızın zəngin mənəvi dəyərlər sisteminin rolundan danışıb.                                    

Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında qeyd edib ki, müasir zamanda gənclərin mənəvi dəyərlərimiz ruhunda yetişdirilməsi uğurlu gələcəyin zəmanətidir. Gənclərin cəmiyyətimizdə aparıcı qüvvə olduğunu bildirərək onların təhsilli və dünyagörüşünün geniş olmasının mahiyyətindən bəhs edib, qeyri-ənənəvi dini cərəyanlardan və onların törətdiyi fəsadlardan məlumat verib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən, mənəvi dəyərlərin qorunması sahəsində görülən işlərdən, Azərbaycanda mövcud olan multikultural mühitdən və tolerantlıqdan bəhs edib. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Azərbaycanda dinlər və məzhəblərarası həmrəylik mühiti dünyaya nümunə kimi göstərilir

Press-relizlər
05.12.2018 / 16:32
Ətraflı oxu

Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
26.01.2018 / 17:14
Ətraflı oxu

Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2019 / 15:38
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
04.09.2018 / 15:09
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Xəbərlər
05.02.2019 / 12:43
Ətraflı oxu