DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər / 01.02.2019 / 10:24

Yanvarın 31-də Göyçay Peşə Liseyində Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə, dini radikalizmə, erkən nikaha yox deyirik" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, RPŞ-nin rəisi Sənan Əsədov, Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon prokurorunun böyük köməkçisi Murad Əliyev, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərov, Göyçay Gənclər Mərkəzinin direktoru Anar Nağıyev, tələbələr və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzunun əhəmiyyətindən danışıb. Bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova isə çıxışında rayondakı dini durum, radikalizm və zərərli vərdişlərə qarşı həyata keçirilən tədbirlərdən bəhs edib.

Çıxış edən digər natiqlər dini radikalizm və ekstremizmin fəsadlarından, zərərli vərdişlərə qarşı mübarizə üsullarından və onların insan orqanizminə vurduğu zərərdən və hüquqa zidd əməllərdən qorunma yollarından danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

 

 


Son baxılan xəbərlər

Bakıda "Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 15:50
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri Yaqut Əliyeva: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

Press-relizlər
21.09.2020 / 10:04
Ətraflı oxu

“Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsinin icrası davam edir

Press-relizlər
07.10.2017 / 10:41
Ətraflı oxu

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu

Qubada “Sülh aylığı”na həsr edilmiş tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu