Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər / 30.01.2019 / 17:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov yanvarın 30-da Türkiyə Respublikası Kırıkkale Universitetinin İslam elmləri fakültəsinin dekan müavini Adem Yıldırım və fakültənin müəllimləri Muhammet Ali Yazıbaşı və Şahin Əhmədoğlu ilə görüşüb.

Görüşdə sədr müavini qonaqları Azərbaycan xalqının tolerantlıq ənənələri, nümunəvi dövlət-din münasibətləri, eləcə də Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Bildirib ki, tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlərboyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Ölkəmizdə bütün dinlərin nümayəndələri  əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. O, Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini, müsəlman və qeyri-müsəlman dini icmaların fəaliyyətinə bərabər şəraitin yaradıldığını qeyd edib. G.İsmayılov bu baxımdan ölkəmizdəki dinlərarası harmoniyanın dünyada az rast gəlinən tolerantlıq nümunəsi olduğunu deyib. O, ölkədə tarixən mövcud olan bu cür yüksək mənəvi mühitin qorunub saxlanılmasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilən nümunəvi dövlət-din münasibətlərinin mühüm rolu olduğunu diqqətə çatdırıb.

Sədr müavini qeyd edib ki, DQİDK hökumətin din siyasətini həyata keçirməklə yanaşı, dini qurumların dövlət qeydiyyatına alınması, onlara lazımi köməkliyin göstərilməsi, eləcə də dini maarifləndirmə, dinşünaslıq ekspertizası kimi işləri həyata keçirir. G.İsmayılov Dövlət Komitəsinin tabeliyində yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, o cümlədən dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu və  Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradıldığını bildirib. 

Türkiyə Respublikası Kırıkkale Universitetinin İslam elmləri fakültəsinin dekan müavini Adəm Yıldırım ölkəmizə səfərləri çərçivəsində Azərbaycandakı dinlərarası harmoniyanın, məzhəblərarası vəhdətin canlı şahidi olduqlarını vurğulayıb. Səfərlərinin əsas məqsədinin dini təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılmasının olduğu bildirən A.Yıldırım bu istiqamətdə ilkin addımın atıldığını və Azərbaycan İlahiyyat İnstitutu ilə protokol imzaladıqlarını qeyd edib.

Səmimi şəraitdə keçən görüşün sonunda qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edilib.


Son baxılan xəbərlər

DQİDK sədri Mübariz Qurbanlı: "Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə beynəlxalq tədbirlər keçirəcək"

Press-relizlər
15.01.2020 / 12:05
Ətraflı oxu

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz ...

Press-relizlər
03.10.2018 / 16:47
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
03.05.2019 / 13:59
Ətraflı oxu

“Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2019 / 10:52
Ətraflı oxu

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.12.2018 / 11:30
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər
27.08.2019 / 15:18
Ətraflı oxu