Lənkəranda 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib

Press-relizlər / 30.01.2019 / 17:05

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QMİ-nin qazısı Qəni Axundzadə çıxışında dövlətin dinə qayğısından danışaraq ölkəmizdə müxtəlif dinlərin, xalqların və məzhəblərin nümayəndələrinin sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşadığını qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dövlət-din münasibətləri, İslam həmrəyliyinin mükəmməl Azərbaycan modeli haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Q.Məmmədov xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Asif İmanlı çıxışında Azərbaycanın öz multikultural, tolerant yaşam tərzi və  zəngin milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Sabirabadda “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusu müzakirə olunub

Xəbərlər
08.07.2019 / 16:08
Ətraflı oxu

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Xəbərlər
19.10.2018 / 15:25
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
20.06.2017 / 17:49
Ətraflı oxu

Xızıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.07.2019 / 14:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Dövlət müşaviri: "Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına ...

Multikulturalizm
11.01.2017 / 09:48
Ətraflı oxu