Mingəçevirdə dini icmaların hesabatları dinlənilib

Press-relizlər / 29.01.2019 / 15:30

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2018-ci il dini icmaların hesabatlarının dinlənilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, dini icma sədrləri, din xadimləri, dindarlar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət-din münasibətlərinin  təməlinin Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulduğunu və hal-hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq, dini icmalara dövlət tərəfindən maddi dəstəyin göstərildiyini və keçirilən maarifləndirici tədbirlərin mahiyyətini qeyd edib. Natiq Əfəndiyev Azərbaycanın yenidən müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi dövətin və ölkə rəhbərliyinin din sahəsinə göstərdiyi diqqət və qayğısından bəhs edib, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin yüksək inkişaf etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Mingəçevir Şəhər İcra hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Azərbaycanda dini icmaların maddi texniki təminatının yaxşılaşdırılması, məscidlərin təmir, bərpa və inşasının dövlətin İslam dininə verdiyi böyük dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Bununla yanaşı Sahib Əliyev  Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında danışaraq dünyada tolerant ölkə kimi tanınan Azərbaycanın öz milli və dini dəyərlərinə sadiq olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Mingəçevir şəhəri “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov dövlətin İslam dininə və din xadimlərinə verdiyi dəyərdən bəhs edərək, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini vurğulayıblar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.  


Son baxılan xəbərlər

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Press-relizlər
20.09.2019 / 09:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Xəbərlər
19.09.2019 / 17:18
Ətraflı oxu

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir

Açıqlama
23.02.2017 / 15:04
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər”

Press-relizlər
24.05.2018 / 17:24
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu