Beyləqanda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirib

Press-relizlər / 25.01.2019 / 15:31

24-25 yanvar tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

İkigünlük seminar-müşavirədə rayon İH başçısının ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan  Rayon  İcra  Hakimiyyəti başçısının birinci müavini Telman  Məstanov bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ictimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir. 

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlərboyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. S.Salahlı respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını qeyd edib, Ümummilli Lider Heydər Əliyevin mənəvi dəyərlərimizə, o cümlədən din sahəsinə diqqət və qayğısından da danışıb. S.Salahlı, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın respublikamızın dünya ölkələri sırasında öz layiqli yerini tutması, tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasındakı xüsusi xidmətlərinə diqqət çəkib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub. Natiq gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.

İkigünlük seminar-müşavirə tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 09:58
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
01.03.2018 / 09:18
Ətraflı oxu

Humanizm zirvəsi

Xəbərlər
21.02.2019 / 09:40
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu müzakirə olunub

Press-relizlər
26.04.2017 / 17:12
Ətraflı oxu

Biləsuvarda gənclərin zərərli vərdişlərdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
09.10.2019 / 14:02
Ətraflı oxu