Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər / 24.01.2019 / 17:48

Yanvarın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimirayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə dini maarifləndirməyə həsr olunmuş “Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib.

İlk öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən hazırlanan “Oxu!” sənədli filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı mövzu ilə bağlı ətraflı məlumat verib. O, Azərbaycandakı tolerant və multikultural mühit, həmçinin, radikal dini cərəyanların, ekstremizmin təbliğində gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlərdən danışıb. Milli Məclisin deputatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işlərinin əhəmiyyətinə toxunub. M.İbrahimqızı Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyanın bir sıra ölkələrində dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməklə bütün dünyaya birlik və həmrəylik mesajı verib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, respublikamız dünyəvi dövlət olmaqla yanaşı, eyni zamanda öz milli-mənəvi dəyərlərinə söykənən dövlətdir. M. Qurbanlı deyib ki, Azərbaycan çoxmədəniyyətli, çoxkonfessiyalı, dünyəvi dövlətdir və o, dünyəviliyi kənardan hər hansı təsir olmadan seçib. Dinin dövlətdən ayrı olması dünyəviliyin təməl daşıdır və bu heç də dövlətin dini, dindarı diqqətdən kənarda saxlaması deyil. Əksinə, dövlət bütün dinlərə fəaliyyət göstərmələri, inkişaf etmələri üçün hər bir şəraiti yaradır. Bunun ən yaxşı nümunəsi isə Azərbaycandır. Komitə sədri onu da qeyd edib kİ, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Dini radikalizm və xurafat kimi təhdidlərin mövcud olduğunu deyən Komitə sədri qeyd edib ki, Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən bu kimi mənfi halların qarşısının alınması, eləcə də dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, DQİDK-nın sifarişi əsasında “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkildiyini diqqətə çatdırıb.

Sonra DQİDK-nın sədri Mübariz Qurbanlı və Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov mövzu ilə bağlı gənclərin çoxsaylı suallarını cavablandırıblar.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq”

Xəbərlər
15.09.2020 / 12:36
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu

Gündüz İsmayılov: "İslam meydana çıxdığı gündən elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib"

Press-relizlər
24.10.2018 / 15:46
Ətraflı oxu

“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2020 / 16:10
Ətraflı oxu

Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Xəbərlər
04.01.2019 / 09:39
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2017 / 15:09
Ətraflı oxu