Regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər / 23.01.2019 / 12:21

Siyəzən şəhərində “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən regional konfrans yanvarın 23-də panel iclası ilə öz işini davam etdirib. “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova rayondakı dini durum barədə ətraflı məlumat verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi işləri müsbət qiymətləndirən T.Bəxtiyarova, eyni zamanda bildirib ki, respublikamızda dini maarifçilik işinin davam etdirilməsi zəruridir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, dini ekstremizm və radikalizmlə ideoloji müstəvidə mübarizənin daha effektiv aparılması, eləcə də milli-mənəvi dəyərlərimizin təbliği istiqamətlərində maarifçilik işinin təşkili məqsədilə DQİDK digər dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirir. G.İsmayılov vurğulayıb ki, Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət nəticəsini verməkdədir. DQİDK-nın sədr müavinin sözlərinə görə, davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.

Natiq respublikamızdakı mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri barədə də ətraflı məlumat verib. Sədr müavini dinimizdə radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu dinləyicilərin diqqətinə çatdırıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Son baxılan xəbərlər

Zaqatalada “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.09.2019 / 16:31
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.12.2019 / 16:28
Ətraflı oxu

Kürdəmirdə gənclərlə görüş keçirilib

Press-relizlər
23.11.2016 / 15:15
Ətraflı oxu

“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2020 / 16:10
Ətraflı oxu

“Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Yas mərasimlərində israfçılığın başlıca səbəblərindən biri İslamın vacib şərtlərini kifayət qədər bilməməyimizdir

Xəbərlər
11.07.2016 / 12:46
Ətraflı oxu