Göyçayda 20 Yanvar faciəsinin qurbanları anılıb

Press-relizlər / 17.01.2019 / 15:14

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Göyçay rayonu Qaraxıdır kənd məscidində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, Qaraxıdır kənd məscidi dini icmasının sədri Şahin Yaqubov, məscidin imamı Gündüz Güliyev, din xadimləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və ruhlarına dualar oxunması ilə başlayıb.

Çıxışlar zamanı 20 Yanvar gününün Azərbaycan xalqının  yaddaşında  qanlı  bir  səhifə  kimi  qalmaqla  bərabər, həm  də qürur günü olduğu qeyd edilib. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verildiyi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar alındığı vurğulanıb.


Son baxılan xəbərlər

İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

İSLAM HƏMRƏYLİYİ İLİ
12.09.2017 / 12:31
Ətraflı oxu

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar

Press-relizlər
24.02.2020 / 17:29
Ətraflı oxu

Astarada "Sülh aylığı" çərçivəsində tədbir baş tutub

Press-relizlər
30.08.2019 / 09:12
Ətraflı oxu

Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər
01.10.2019 / 17:39
Ətraflı oxu

Saatlıda “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir olub

Press-relizlər
15.11.2017 / 16:51
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri üçün növbəti seminar-treninq keçirilib

Press-relizlər
27.08.2015 / 14:29
Ətraflı oxu