Zərdabda “XX əsrin 20 Yanvar faciəsi” mövzusunda anım tədbiri keçirilib

Press-relizlər / 17.01.2019 / 10:48

Yanvarın 16-da Zərdab Rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 29-cu ildönümünə həsr olunmuş “XX əsin 20 Yanvar faciəsi” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdə Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, idarənin aparıcı məsləhətçisi Ələkbər Kərimov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini Maisə Xəlilova, eləcə də müəllimlər və orta məktəb şagirdləri  iştirak ediblər.

İlk olaraq ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı videoçarx nümayiş olunub.

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı öz canından keçməsi hesabına özünün azadlığı, müstəqilliyi uğrunda mübarizə aparıb və qəhrəmanlıq nümayiş etdirib. Xalqımız bununla Vətənimizin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya sübut edib. Çıxışlar zamanı o da qeyd edilib ki, bu qanlı hadisələrə ilk dəfə Ulu Öndər Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Bildirilib ki, faciənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri sərt tənqid edib. Ulu Öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb.

Tədbirin sonunda diskussiya təşkil olunub, fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
03.10.2017 / 16:57
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində Balakən və Siyəzəndə tədbirlər keçirilib

Press-relizlər
01.11.2018 / 15:53
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Vəhdət namazının Gəncə şəhərində də qılınması məqsədəuyğun sayılır

Açıqlama
15.03.2018 / 17:12
Ətraflı oxu

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar

Press-relizlər
29.03.2021 / 11:24
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu