Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynayır

Açıqlama / 11.01.2019 / 09:40

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevi qəzetin yaranmasının 28 illiyi münasibətilə təbrik edib. SİA-nın verdiyi məlumata görə, təbrikdə bildirilir ki, Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri olan və bir sıra uğurlara imza atan “Səs” qəzeti Ümummilli Liderimiz Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol oynayır: "“Səs” qəzeti mənim üçün ən əziz qəzetdir”- deyən Ulu Öndərin etimadını rəhbərlik etdiyiniz qəzet bütün fəaliyyəti ilə doğruldur. Eyni zamanda, “Səs” qəzeti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın lider ölkələrindən birinə çevrilən Azərbaycanda baş verən müsbət dəyişikliklərin, eləcə də ölkə həqiqətlərinin ictimaiyyətə dəqiq və qərəzsiz çatdırılmasında böyük rol oynayır. Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, rəhbərlik etdiyiniz qəzetin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
30.08.2018 / 10:14
Ətraflı oxu

Tərtər rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 14:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

“Open doors” (Açıq qapılar) gözlərini açsa daha yaxşı olar”

Bəyanat
19.01.2013 / 15:51
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2018 / 15:08
Ətraflı oxu

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu