Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər / 20.08.2018 / 15:23

Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbulla bağlı müsahibənin ikinci mərhələsinə yekun vurulub. Müsahibədən keçmiş abituriyentlər 20 avqust 2018-ci il tarixdə günün sonuna qədər ixtisas seçimində iştirak etməlidirlər. Məlumat üçün bildiririk ki, həmin gün ixtisas seçiminin sonuncu günüdür.
Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin sənədlərinin qəbulu davam edir. Qeydiyyat avqustun 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaq.
Boş qalan yerlərə qəbul olunan abituriyentlərin sənəd qəbulu isə avqustun 24-dən sentyabrın 3-dək həyata keçiriləcək.
Bütün abituriyentlər qeyd olunan tarixlərdə sənədlərini Azərbaycan İlahiyyat İnstitutuna təqdim etməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı aşağıdakı sənədləri təqdim etməlidir.
1. Tam orta təhsil haqqında sənədin (attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir) - 3 nüsxə;
3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti - 3 nüsxə; 
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) - 3 nüsxə;
5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);
6. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə - 6 ədəd;
7. Həmçinin qeydiyyat zamanı abituriyentin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.
Sənədlərin qəbulu Yasamal rayonu Əhməd Cəmil küç. 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında) aparılacaqdır.

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Cocuq Mərcanlıda maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
24.02.2018 / 13:16
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
18.04.2018 / 16:31
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Gəncədə dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb ...

Açıqlama
11.07.2018 / 18:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Xəbərlər
21.01.2020 / 15:19
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
26.10.2018 / 17:23
Ətraflı oxu