Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər / 28.08.2018 / 14:35

Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələrin, qanlı toqquşmaların fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin, tolerantlıq siyasətinin daha da möhkəmləndirilməsi və bu mühitin qorunub saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Belə şəraitdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, milli ruhda yetişdirilməsi ən vacib amillərdəndir.
Bu barədə avqustun 28-də Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda danışılıb.
Tədbirdə DQİDK-nın, Xaçmaz RİH-in, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, həmçinin yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə geniş mühazirə ilə çıxış edib.
Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamızda dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Konfransda çıxış edən Xaçmaz RİH-in başçısı Şəmsəddin Xanbabayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Xaçmazda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görüldüyünü qeyd edib. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli vəzifə düşür.
Regional konfransın ilk günü iştırakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Konfrans işini avqustun 29-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.


Son baxılan xəbərlər

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
06.04.2018 / 17:24
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu

Komitə sədri Rumıniya səfiri ilə görüşüb

Press-relizlər
11.03.2021 / 14:02
Ətraflı oxu

Alman mətbuatında “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqalə dərc edilib

Xəbərlər
02.03.2021 / 13:30
Ətraflı oxu

Göygöldə almanların tarixi irsi qorunur

Multikulturalizm
04.04.2016 / 09:56
Ətraflı oxu

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2019 / 16:17
Ətraflı oxu