Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub

Press-relizlər / 29.08.2018 / 14:19

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans avqustun 29-da işini panel formatında davam etdirib.
Tədbirdə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, rayonun aktiv gəncləri, Yeni Azərbaycan Partiyası Rayon Gənclər Təşkilatının fəalları, həmçinin Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov rayondakı dini durum haqqında məlumat verərək, dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə keçirilən tədbirləri yüksək qiymətləndirib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda geniş məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs edib. Bu istiqamətdə əsas vasitənin maarifləndirmə metodu olduğunu qeyd edən sədr müavini gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb.
Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirən G.İsmayılov dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmaq kimi mənfi halların törətdiyi fəsadlara toxunub. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir.
Xalqımızın çoxəsrlik tolerantlıq ənənəsinə malik olduğunu bildirən natiq Azərbaycanın dini radikalizmin ən az yayıldığı ölkələr sırasında olduğunu deyib. O, bunun əsas səbəblərindən birinin dövlətin apardığı düzgün din siyasəti olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
27.05.2019 / 14:58
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.01.2018 / 16:07
Ətraflı oxu

Mübariz Qurbanlı: "Ermənilərin Yuxarı Gövhərağa məscidindəki “təmir işləri” tarixi saxtalaşdırmaq məqsədi daşıyır"

Xəbərlər
10.10.2019 / 17:10
Ətraflı oxu

AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər
29.05.2018 / 10:10
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu