“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər / 28.08.2018 / 14:12

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qəbələ şəhər “Cümə” məscidində “Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ şəhər Mərkəzi Cümə məscidinin imamı Saleh Şirinov, dini icma üzvləri və ziyalılar iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov mövzunun əhəmiyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanda milli və dini tolerantlıqla bağlı vəziyyət, konfessiyalararası dözümlülük, multikultural dəyərlərin təşviqi hər zaman nümunəvi xarakter daşıyıb. “Tarixən müxtəlif etnik xalqların, din mənsublarının ümumi vətəninə çevrilən ölkəmizdə tolerantlıq düşüncəsi yüksək səviyyədə inkişaf edib, milli və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan bütün dinlərin həmrəyliyinə çalışan ölkə kimi ad qazanıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə əhəmiyyət verdiyinin göstəricisidir”, - deyə Z.Şirinov fikrini tamamlayıb.
Daha sonra çıxış edən Qəbələ şəhər Mərkəzi Cümə məscidinin imamı Saleh Şirinov Azərbaycandakı dini tolerantlıq və multikulturalizm mühitindən, dini radikalizmin yaranma səbəblərindən, eləcə də dini radikal qrupların təbliğat metodlarından, törətdiyi fəsadlardan, dini fanatizmin, mövhumat və xurafatın zərərlərindən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qaradağda “Dini maarifləndirmə: perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 09:43
Ətraflı oxu

Şirvanda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib

Xəbərlər
23.10.2019 / 14:47
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2019 / 16:28
Ətraflı oxu

ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Press-relizlər
15.05.2018 / 10:47
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu