Yevlaxdakı “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 19.12.2018 / 18:13

Dekabrın 19-da Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov,  Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, hərbi hissənin zabiti Möhübbət Tağıyev, eləcə də zabit və əsgər heyəti iştrak ediblər.

Tədbiri giriş sözü ilə açan hərbi hissənin zabiti Möhübbət Tağıyev ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib. M. Tağıyev, eyni zamanda “Şəhadət” sənədli filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən qurumun sədr müavini Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” filmi barədə tədbir iştrakçılarına məlumat verib. Filmin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Səyavuş Heydərov, eyni zamanda xalqımızın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb. Daha sonra radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verən Komitə sədrinin müavini, dini radikalizmə qarşı mübarizə çərçivəsində tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin  ən effektiv vasitə olduğunu vurğulayıb.

“Şəhadət” sənədli filmi nümayiş etdirildikdən sonra tədbir iştrakçıları film barədə öz təəssüratlarını bölüşüblər.


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

Masallıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
16.11.2018 / 15:40
Ətraflı oxu

Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi

Press-relizlər
19.01.2018 / 11:22
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu

Prezident İlham Əliyev: “Çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”

Xəbərlər
31.05.2018 / 12:59
Ətraflı oxu

Göyçayda 20 Yanvar faciəsinin qurbanları anılıb

Press-relizlər
17.01.2019 / 15:14
Ətraflı oxu