Yardımlıda "Dini radikalizm və narkomaniya ilə mübarizə yolları" mövzusunda tədbir keçirilib

Press-relizlər / 19.12.2018 / 17:49

Dekabrın 19-da Yardımlı rayonu Əmin Hacıyev adına Nisəqala kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ), rayon Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və narkomaniya ilə mübarizə yolları"  mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı RPŞ-nin rəis müavini, polis mayoru Davud Novruzov,  rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Şəhriyar Şabıyev, rayonun Təhsil şöbəsinin metodisti Nəci Bağırov, hüquq-mühafizə orqanı işçiləri, ictimaiyyət nümayəndələri və məktəb şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə  açan Yardımlı rayon Təhsil şöbəsinin metodisti Nəci Bağırov  cəmiyyətdə zərərli vərdişlərin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli narkomaniyanın, o cümlədən zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Yardımlı RPŞ-nin rəis müavini, polis mayoru Davud Novruzov, çıxışında zərərli vərdişlərlə və narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan söhbət açaraq, gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.05.2019 / 12:06
Ətraflı oxu

"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
23.04.2019 / 12:48
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
18.07.2018 / 18:39
Ətraflı oxu

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu