Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 12.08.2015 / 17:46

Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan şöbəsi Hacıqabul rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Hacıqabul şəhərində avqustun 12-də ”Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri -ənənəvi dinlərə qarşı mübarizə”mövzusunda keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, Hacıqabul RİH başçısının birinci müavini Sahib Aslanov, şəhərin axundu Hacı İntiqam Mirqani, icma sədrləri, şəhərin din xadimləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Hacıqabul rayonunda  dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildiriblər.                                                                   
                                                                                                           ***
Avqustun 10-da  İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 50 nəfərin iştirakı ilə Diyallı kəndində “Dini radikalizm və onun təhlükələri”  adlı dəyirmi masa təşkil olunub. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli,  ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov, habelə dini icma üzvləri, ətraf kəndlərin dini icma sədrləri və gənclər iştirak ediblər.
Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Namiq Cırıyev  dövlət-din münasibətləri, radikalizmlə mübarizə sahəsində son dövrlər görülmüş işlər haqqında geniş məruzə ilə çıxış edib.
                                                                                                              ***          
Avqustun 10-da İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində  təxminən 50 nəfərin iştirakı ilə “Dini radikalizm və onun təhlükələri” adlı dəyirmi masa təşkil edilib. Tədbirə Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, ekspert qismində DQİDK-nın əməkdaşı Namiq Cırıyev  dəvət olunmuş, milli-mənəvi dəyərlər, dini radikalizm, onun təhlükələri və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barəsində ətraflı söhbətlər, fikir mübadiləsi aparılıb. Tədbirdə QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya minnətdarlıq bildirib.
       
 
 


Son baxılan xəbərlər

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.02.2020 / 14:58
Ətraflı oxu

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər
30.03.2017 / 15:46
Ətraflı oxu

Tovuzda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.08.2019 / 12:30
Ətraflı oxu

Xocalı faciəsindən 26 il ötür

Press-relizlər
26.02.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Xəbərlər
21.11.2018 / 09:46
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri İslam cəmiyyətinin vəhdət prinsiplərinin formalaşması və inkişafı yolunda əhəmiyyətli addımlar ...

Press-relizlər
08.11.2019 / 09:53
Ətraflı oxu