Masallıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusu müzakirə olunub

Press-relizlər / 14.12.2018 / 14:44

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə dekabrın 14-də öz işini davam etdirib.

RİH başçısının müavini Aybəniz Qafarova bildirib ki, Azərbaycan xalqı hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanışıb. Onun sözlərinə görə, müstəqil respublikamızda hazırda 2000-dən artıq məscidin, İslam dininə aid onlarla ziyarətgahın fəaliyyət göstərməsi xalqımızın əsrlərboyu yaşatdığı dini dəyərlərə göstərdiyi ehtiramın nəticəsidir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və onun daha da inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini vurğulayıb. S.Salahlı Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən də danışıb.

Sədrin birinci müavini, eyni zamanda İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən bəhs edib. O, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb. S.Salahlı bölgələrdə dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin ictimaiyyətə daha geniş çatdırılmasının vacibliyinə toxunub.

Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu bildirib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini qeyd edən şöbə müdiri dini radikal qrupların təbliğat metodlarından danışıb.

DQİDK-nın əməkdaşı Tərxan Paşazadə isə “Üfüqdəki gələcək” sənədli filmi barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, film dini radikalizm və terrorizmin fəsadlarından bəhs edir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.

 

 


Son baxılan xəbərlər

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

Press-relizlər
10.01.2018 / 09:33
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İsrailin nüfuzlu "Yerusəlim Post" qəzetinə ...

Müsahibələr
03.08.2018 / 14:26
Ətraflı oxu

Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Press-relizlər
13.10.2018 / 11:22
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin banisidir

Press-relizlər
03.05.2018 / 10:13
Ətraflı oxu