Qaxda “Dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 13.12.2018 / 17:30

Dekabrın 13-də Qax Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qax rayonu Zərnə kənd tam orta məktəbində “Dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda  maarifləndirmə tədbiri  keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Zərnə kənd tam orta məktəbinin direktoru Tamella İsmayılova, müəllimlər  və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Tədbirdə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

Məktəbin direktoru Tamella İsmayılova çıxışında gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən danışıb.

Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov islamofobiya, dini ekstremizmin yaratdığı fəsadlardan  danışaraq bildirib ki, gənclərimizin savadlı olması, geniş dünyagörüşünə malik olmaları yuxarıda sadalanan mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli faktordur.

Sonda  şagird və müəllimlər mövzu ətrafında fikirlərini bildirib və onları maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib

Xəbərlər
07.06.2018 / 11:29
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama
24.01.2018 / 13:07
Ətraflı oxu

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans ...

Press-relizlər
07.11.2017 / 12:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
29.05.2018 / 15:00
Ətraflı oxu

Xətai rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
17.04.2019 / 15:29
Ətraflı oxu