“Sülh aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər / 30.08.2018 / 10:14

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şəmkir rayon Heydər Əliyev mərkəzində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir şəhər “Cümə”məscidinin imamı Natiq Şıxəliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəmkir RİH başçısı Alimpaşa Məmmədov 21 Sentyabr “Beynəlxalq Sülh Günü” haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
Tədbirdə “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev dini radikalizmin yaranma səbəblərindən, radikal qrupların təbliğat metodlarından bəhs edərək, onlara qarşı mübarizə üsulları barədə məlumat verib.
Daha sonra Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev “Sülh aylığı zorakılığa qarşı” mövzusunda çıxış edərək keçirilən bu cür tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

“Cəmiyyətimizdə dini radikalizmə yer yoxdur” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2018 / 17:34
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

“Qafqazda yəhudilərin həyat tərzi” mövzusunda seminar keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
29.07.2019 / 15:07
Ətraflı oxu

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

İslam dəyərlərinə dərin ehtiram

Press-relizlər
27.08.2019 / 09:53
Ətraflı oxu