Hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 04.09.2018 / 15:27

Sentyabrın 4-də Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə Tədbirlər Planına uyğun olaraq “Radikal dini cərəyanların təbliğatında əsas metod və vasitələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Elsevər Fətəliyev, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, eləcə də hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər. 
Çıxış edənlər Azərbaycan Respublikasında nümunəvi dövlət-din münasibətlərindən, dövlət-din münasibətlərini təmzimləyən normativ hüquqi aktlardan, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıqdan tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Eyni zamanda xalqımızın milli-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan ənənəvi dini dəyərlərin dərindən öyrənilməsinin və qorunub saxlanılmasının vacibliyi vurğulanıb. Radikal dini cərəyanların yaranmasından, dini mövhumat və xurafatdan, radikal cərəyanların təbliğat metodlarından və vasitələrindən danışılıb, dini radikalizmi yaymağa çalışanlara qarşı əks təbliğatın və tədbirlərin aparılması üsulları geniş izah edilib. İştirakçılara, həmçinin dini radikalizmin törətdiyi fəsadlardan, dinin siyasiləşdirilməsinə yönəlmiş cəhdlərdən məlumat verilib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Lənkəranda dindarlarla görüş keçirilib

Press-relizlər
20.02.2020 / 14:55
Ətraflı oxu

Ağcabədi Pedaqoji Kollecində “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
27.04.2018 / 15:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2017-ci ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
29.05.2018 / 15:03
Ətraflı oxu

Masallıda “İslamda Vətən sevgisi” mövzusu müzakirə edilib

Press-relizlər
10.01.2018 / 15:16
Ətraflı oxu

Sədr müavini Gündüz İsmayılov: “İslam dünyasının həmrəyliyi üçün göstərilmiş təşəbbüsə dəstəyi “Sovet propaqandası” adlandırmaq ...

Müsahibələr
08.06.2016 / 16:46
Ətraflı oxu

Prezident İlham Əliyev Parisdə “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini ilə görüşüb

Xəbərlər
20.07.2018 / 14:58
Ətraflı oxu