Ağstafada “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 05.09.2018 / 12:18

Sentyabrın 5-də Ağstafa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
Ağstafa rayonu Qıraq Kəsəmən kənd Xanməmməd Mirzəyev adına tam orta məktəbində keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Qərib Abbasov, təhsil işçiləri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Qərib Abbasov qeyd edib ki, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Q.Abbasov bildirib ki, Azərbaycan özünün tolerantlıq və multikulturalizm modeli ilə nümunəyə çevrilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Vətəndaş sülhü və milli birliyin yaradıcısı

Xəbərlər
06.05.2020 / 10:11
Ətraflı oxu

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2019 / 16:28
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azxeber.com saytına müsahibə verib

Müsahibələr
14.01.2015 / 17:20
Ətraflı oxu

Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.04.2019 / 16:06
Ətraflı oxu

Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 17:27
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu