“Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir baş tutub

Press-relizlər / 05.09.2018 / 11:44

Sentyabrın 5-də İsmayıllı şəhər Uşaq kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adət-ənənələrimizə, tarixi irsimizə, milli-mənəvi dəyərlərimizə önəm verməsi, inanclı şəxslərə fəaliyyətləri üçün şərait yaratması bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev tədbirin keçirilməsində məqsədin dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə maarifləndirmə işinin təşkili, eləcə də dini icmaların radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu bildirib. O, öz çıxışında cəmiyyətdə dini ekstremizm hallarına, dini fanatizmə və dini radikalizmə qarşı mübarizə tədbirlərinin görülməsi, həmçinin dini etiqad azadlığının icra olunmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldüyünü qeyd edib.
Daha sonra İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barədə geniş məlumat verərək gənclərin qeyri-ənənəvi dini cərəyanların təsirindən qorunması yollarından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Mingəçevirdə dini icmaların hesabatları dinlənilib

Press-relizlər
29.01.2019 / 15:30
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.11.2018 / 11:25
Ətraflı oxu

Dövlət Komitəsində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
16.01.2019 / 17:36
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib

Press-relizlər
14.11.2018 / 10:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
04.03.2019 / 19:21
Ətraflı oxu

Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 17:37
Ətraflı oxu