Şirvanda ikigünlük seminar-müşavirə keçirilir

Press-relizlər / 06.12.2018 / 16:44

Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan Şəhər İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamızda dövlət-din münasibətlərinin, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətləri olub. Natiq onu da qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. A.Hüseynov, eyni zamanda Şirvan şəhərindəki dini durum və dini icmaların fəaliyyəti barədə də ətraflı məlumat verib.

Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. O qeyd edib ki, dövlət tərəfindən dindarlara, o cümlədən İslam və qeyri-İslam təmayüllü dini icmalara diqqət və qayğı göstərilir. S.Salahlı Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayıb. Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək olduğunu diqqətə çatdıran DQİDK sədrinin birinci müavini onu da deyib ki, respublikamızda məscidlər, kilsələr, sinaqoqlar tikilib və bərpa olunur, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına maliyyə yardımı göstərilir, dini bayramlar yüksək səviyyədə qeyd olunur.

Cəmiyyətimizi dini radikalizmdən, xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirməyin önəminə toxunan Səyyad Salahlı din xadimlərini, icma sədrlərini tarixi irsimizin mühüm hissəsi olan dinimizin, milli mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev bildirib ki, Şirvanda fəaliyyət göstərən din xadimləri və dini icmalar hər zaman xalqımızın milli mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında fəal iştirak ediblər və bundan sonra da dini radikalizm və xurafatçılıqla mübarizədə fəal olacaqlar.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Xəbərlər
22.10.2018 / 17:07
Ətraflı oxu

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
11.12.2018 / 12:16
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

Cəlilabadda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini radikalizm” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
15.05.2018 / 17:23
Ətraflı oxu

Radikalizmə qarşı mübarizədə təhsilin rolu böyükdür

Press-relizlər
16.05.2018 / 14:32
Ətraflı oxu